Ana Sayfa > Karusel / Dünya / M2 > İran Rusiyaya qarşı məhkəmə iddiasını geri götürdü

İran Rusiyaya qarşı məhkəmə iddiasını geri götürdü


20-05-2016, 16:14. Yazar: Xeberaz
İran Rusiyaya qarşı məhkəmə iddiasını geri götürdü

İranı S-300 hava hücumundan müfadiə sisteminin vaxtında təhvil verilməməsi ilə bağlı beynəlxalq arbitraj məhkəməsində Rusiyaya qarşı qaldırdığı iddianı geri götürüb.

Axar.az xəbər verir ki, bu barədə “Rostek”in vitse-prezidenti Nikolay Bolobuyev məlumat verib.

Onun sözlərinə görə, iki ölkə arasında razılıq əldə olunub:

“Bu məsələ bağlandı, iddia geri götürüldü. Problemin həll edildiyini bilirəm. Daşınmanı tamamlayacağıq”.

Xatırladaq ki, Rusiya və İran S-300 raketlərinin satışı üçün 2007-ci ildə razılığa gəlib. Ancaq 2010-cu ildə Rusiya BMT-nin İrana tətbiq etdiyi sanksiya ucbatından müqaviləni birtərəfli qaydada dondurmuşdu. Bu hadisədən sonra rəsmi Tehran 2011-ci ildə beynəlxalq arbitraj məhkəməsində Rusiyaya qarşı iddia qaldırmışdı.

Nüvə proqramı ilə bağlı razılıq əldə olunduqdan sonra S-300-lərin İrana təhvil verilməsi yenidən aktuallaşıb. Moskva rəsmiləri ilin sonuna qədər raketlərin İrana veriləcəyini bəyan edib.
Geri dön