Ana Sayfa > Karusel / Hadisə / M2 > İcra başçısının evində faciə: ölən var

İcra başçısının evində faciə: ölən var


20-05-2016, 14:17. Yazar: Xeberaz

İcra başçısının evində faciə: ölən var

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun evində ölüm hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında icra başçısının Kürdəmir şəhərində yerləşən evinin həyətində 60-65 yaşlı kişinin meyiti tapılıb. Məlum olub ki, ölən şəxs həmin həyətdə bağban işləyən Əlismayıl Sadıqovdur.

Ə.Sadıqovun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri dön