Ana Sayfa > Karusel / Dünya / M2 > Dünya ulduzlarından Britaniyaya müraciət

Dünya ulduzlarından Britaniyaya müraciət


20-05-2016, 14:14. Yazar: Xeberaz
Dünya ulduzlarından Britaniyaya müraciət

Böyük Britaniyanın 250-dən çox mədəniyyət xadimi ölkənin Avropa Birliyinin tərkibindən çıxması əleyhinə çıxış ediblər.

"Xəbəraz.az "xəbər verir ki, onların açıq müraciəti Teleqraf qəzeti-ndə çap olunub.

Müraciətdə məşhurlar Avropa Birliyi olmasaydı, bu şöhrətə qovuşa bilməyəcəklərini, Britaniyanın AB daxilində çox işlər görə biləcəyini açıqlayıb:

“Çoxumuz Avropa Birliyinin maliyyə dəstəyi ilə reallaşan böyük layihələrdə iştirak etmişik. Avropa Biriyi olmasa, bizim qlobal yaradıcılıq uğurumuz təhlükə altına düşə bilər”.

Qeyd edək ki, siyahıda Bonem Karter, Kira Naytli, Benedikt Kemberbetç, Cud Lou, Aleksis Teylor, Keyt Moss, Stiven Frirz, Hilari Mentel, Paloma Feyt və digərləri yer alıb.
Geri dön