Ana Sayfa > Karusel / Hadisə / M2 > Ata oğlanları ilə oğurluğa getdi

Ata oğlanları ilə oğurluğa getdi


20-05-2016, 13:45. Yazar: Xeberaz
Ata oğlanları ilə oğurluğa getdi

Gəncədə avtomobil qaçıran şəxslər yaxalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də şəhər sakini Arif Məmmədova məxsus VAZ-2107 markalı avtomobili qaçırmış həmyerliləri Xəyal Abdullayev, əvvəllər məhkum olunmuş Pərviz Quliyev, Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuş Həsən Məmmədov, onun oğlanları Elşən və Sahil tutulublar.

Əməliyyat tədbirləri ilə bu şəxslərin daha 3 avtomobili qaçırmaları və Həsən Məmmədovun şəhər ərazisində kirayədə yaşadığı evin həyətində hissələrə sökərək satmaları müəyyən edilib.
Geri dön