Ana Sayfa > Karusel / Dünya / M2 > Misir təyyarəsini İŞİD vurub: Rakkada bayram

Misir təyyarəsini İŞİD vurub: Rakkada bayram


20-05-2016, 13:41. Yazar: Xeberaz

Misir təyyarəsini İŞİD vurub: Rakkada bayram

Misir Hava Yollarına (EgyptAir) məxsus Aralıq dənizində qəzaya uğrayan təyyarənin İŞİD tərəfindən vurulduğu barədə xəbər yayılıb.

"Xəbəraz.az " xəbər verir ki, İŞİD-in mətbu orqanı təyyarənin təşkilat üzvləri tərəfindən vurulduğunu iddia edib. Terrorçular Rakka şəhərində bu hadisəni bayram səviyyəsində qeyd edib.

Misir Hava Yolları hələlik məsələyə münasibət bildirməyib.

Xatırladaq ki, Parisdən Qahirəyə uçan Misir Hava Yollarına (“EgyptAir”) məxsus Airbus A320 təyyarəsinin qəzaya uğraması nəticəsində 12 ölkədən 66 sərnişin və ekipaj üzvü həlak olub. Sərnişinlər arasında ABŞ Prezidenti Obamanın müşaviri də olub.
Geri dön