Ana Sayfa > Karusel / Gündəm / Dünya / M2 > Erməni XİN rəsmisi ermənilərin azərbaycanlılara hücumunu ört-basdır etmək istəyir

Erməni XİN rəsmisi ermənilərin azərbaycanlılara hücumunu ört-basdır etmək istəyir


19-05-2016, 12:07. Yazar: Xeberaz

Erməni XİN rəsmisi ermənilərin azərbaycanlılara hücumunu ört-basdır etmək istəyir
Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan hesab edir ki, Lvovdakı vəziyyəti dramatikləşdirmək istəyir, belə ki, mətbuatın hadisəni qabartması ermənilər və azərbaycanlılar arasında münasibəti gərginləşdirə bilər.

Avropa.info xəbər verir ki, erməni rəsmi bu açıqlamanı bir neçə gün öncə Ukraynanın Lvov şəhərində azərbaycanlı və erməni idmançılar arasında çıxan dava və hadisənin ertəsi günü ermənilərin dinc azərbaycanlılara silahlı hücumunu şərh edərkən deyib. Qeyd edək ki, ermənilərin açdığı atəş nəticəsində 6 azərbaycanlı ağır yaralanmışdı.

“Ermənistan səfirliyi bu məsələ ilə ciddi məşğul olur, hadisənin inkişafını izləyir. Hüquq-mühafizə orqanları və yerli hakimiyyət nümayəndələri ilə mütəmadi əlaqə saxlayır. Vəziyyəti dramatikləşdirməyə ehtiyac yoxdur” – Tiqran Balayan belə deyib.




Geri dön