Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyənin yeni baş nazirinin adı açıqlanır

Türkiyənin yeni baş nazirinin adı açıqlanır


19-05-2016, 09:59. Yazar: Xeberaz


Türkiyənin yeni baş nazirinin adı açıqlanır
Bu gün Türkiyənin yeni baş naziri və hakim AKP-nin sədri postuna namizəd olacaq şəxsin adı açıqlanacaq.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə AKP sözçüsü Ömər Çəlik məlumat verib.

Hazırda partiyanın idarə heyətinin toplantısı sona çatıb. Toplantıda namizədin irəli sürülməsi ilə yanaşı, bazar günü keçiriləcək fövqəladə konqresə hazırlıq məsələləri müzakirə olunub.

Yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) partiya sədrliyinə namizədin adı ictimaiyyətə açıqlanacaq.

Bundan başqa, bu gün Əhməd Davudoğlu Prezident Rəcəb Tayyib Ərdoğanı baş nazir kimi son dəfə ziyarət edəcək.
Geri dön