Ana Sayfa > Karusel / Siyasət / Təhsil / M2 > Kəmaləddin tələbələrlə görüşdü – Foto

Kəmaləddin tələbələrlə görüşdü – Foto


18-05-2016, 17:53. Yazar: Xeberaz
Kəmaləddin tələbələrlə görüşdü – Foto

Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar İttifaqının üzvü, “Türk ədəbiyyatına xidmət” (Türkiyə), Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı” (Azərbaycan) lauretları, Prezident mükafatçısı şair Kəmaləddin Qədimlə tələbələr arasında görüş təşkil edilib.

"Xəbəraz.az " xəbər verir ki, görüşdə şairin sayca 9-cu kitabı "Dünya qonaq sevən deyil"in tədqdimatı olub.
Tədbiri giriş sözü ilə departamentin rəhbəri dosent Vurğun Əyyub açaraq, şairin yaradıcılığı, fəaliyyəti haqqında məlumat verib. Tanınmış jurnalist Telli Pənahqızı da şairin tərcümeyi-halı və yaradıcılığı barədə maraqlı faktlar danışıb.

Daha sonra Kəmaləddin Qədim iştirakçıların çoxsaylı suallarını cavablandırıb, şeirlərindən nümunələr oxuyub.
Sonda şair çap olunmuş kitablarından Xəzər Universitetinin kitabxanasına və tələbələrə hədiyyə edib.

Kəmaləddin tələbələrlə görüşdü – Foto
Geri dön