Ana Sayfa > Karusel / Dünya / M2 > Lavrovun susdurulmasına görə Türkiyəyə - Sərt cavab

Lavrovun susdurulmasına görə Türkiyəyə - Sərt cavab


18-05-2016, 17:18. Yazar: Xeberaz
Lavrovun susdurulmasına görə Türkiyəyə - Sərt cavab

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İŞİD-lə əlaqələrinin sübut ediləcəyi halda istefa verəcəyini söyləyir. O, bunu Rusiya təyyarəsinin vurulmasından sonra etməli idi. Bundan əlavə, İŞİD-ə yardımın bədəli istefa vermək deyil, həbs olunmaqdır.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Feysbuk hesabında yazıb.

Qeyd edək ki, dünən Avstriyanın paytaxtı Vyanada baş tutan Suriyaya Beynəlxalq Dəstək Qrupunun toplantısında Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında belə bir dialoq yaşanıb:

“Türkiyənin İŞİD-lə əlaqəsinin olduğunu deyirsiniz. Əgər bunu sübut edə bilsəniz, mən istefa verəcəyəm. Əks halda, sizi ömrünüzün axırına qədər Antalyada qonaq etməyə hazıram”.
Geri dön