Ana Sayfa > Karusel / Dünya / M2 > Ərdoğan Kılıçdaroğludan 100 min istəyir

Ərdoğan Kılıçdaroğludan 100 min istəyir


18-05-2016, 17:13. Yazar: Xeberaz

Ərdoğan Kılıçdaroğludan 100 min istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğludan 100 min lirəlik (50 min manat) mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.

"Xəbəraz.az "xəbər verir ki, buna səbəb Kılıçdaroğlunun CHP-nin toplantısı zamanı Ərdoğanın ünvanına təhqiramiz sözlər işlətməsi olub.

Məlumata görə, “Şəxsin ünvanına həddən artıq ağır ifadələr işlətmək” maddəsilə məhkəmədə Kılıçdaroğlu haqqında tədqiqat başlanılıb.

Ana müxalifət liderinin söz və ifadə azadlığından sui-istifadə etdiyi bildirilib.

Qeyd edək ki, Ərdoğan və Kılıçdaroğlu arasında dəfələrlə bənzər məhkəmə çəkişmələri baş verib.

Geri dön