Ana Sayfa > Karusel / Dünya / M2 > 60 ölkənin lideri İstanbula toplaşır – Səbəb

60 ölkənin lideri İstanbula toplaşır – Səbəb


18-05-2016, 17:28. Yazar: Xeberaz

60 ölkənin lideri İstanbula toplaşır – Səbəb
Dünya İnsani Zirvəsinə 5-6 min insanın qatılacağı gözlənilir.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın məlumat verib.

Onun sözlərinə görə, Zirvəyə 60-a yaxın dövlət və hökumət başçısı qatılacaq.

Ankara rəsmi liderler arasında ikili görüşlərin keçiriləcəyini deyib.

Xatırladaq ki, tarixdə ilk dəfə keçiriləcək Dünya İnsani Zirvəsi (DİZ) 23-24 may tarixlərində İstanbulda baş tutacaq. DİZ mövcud qlobal problemlərin, xüsusi ilə insani problemlərin qabardılması, bu sahədə əməkdaşlığın artırılması məqsədi ilə təşkil olunub.
Geri dön