Ana Sayfa > Karusel / Dünya / M2 > Erməni qanuni oğru həbs olundu

Erməni qanuni oğru həbs olundu


18-05-2016, 13:27. Yazar: Xeberaz


Erməni qanuni oğru həbs olundu
Rusiya DİN-nin Moskva üzrə cinayət axtarışı idarəsinin əməkdaşları, Kraqnoqorsk rayon polisi və “Bulat” döyüşçülərinin iştirakı ilə cinayətkar aləmdə Kamo Moskovski adı ilə tanınan 53 yaşlı qanuni oğru həbs olunub.

Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın DİN-nin rəsmi saytı məlumat yayıb.

Əsl adı Kamo Yeqizarov olan Kamo Moskovski narkotik vasitələrin saxlanılmasında şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarının informasiyasına görə, o, Moskva vilayətinə narkotik vasitələrin tədarükü ilə məşğul olurmuş. Axtarış zamanı onun üzərindən 1,2 qram çəkidə heroin tapılaraq götürülüb.

Hadisə ilə bağlı narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanılması üzrə cinayət işi qaldırılıb. Kamo Moskovski əvvəllər dələduzluq, narkotiklərin saxlanılması ittihamları ilə məhkum olunub.

Geri dön