Ana Sayfa > Karusel / Gündəm / M2 > Nazir müavini: “Dimdiyinin sarısı getməyən dünənki cücə...”

Nazir müavini: “Dimdiyinin sarısı getməyən dünənki cücə...”


18-05-2016, 13:17. Yazar: Xeberaz

Nazir müavini: “Dimdiyinin sarısı getməyən dünənki cücə...”
Bu il supermarketlərdə 760-dan çox GPS aparatları quraşdırmışıq.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov supermarketlərin Vergilər Nazirliyinə vergi məsələləri ilə bağlı dərs keçməsindən də narazılıq edib: "Hələ bizə deyirlər ki, gəlin oturaq, sizə başa salaq. Dimdiyinin sarısı getməyən dünənki cücə bizə ƏDV-ni öyrətmək istəyir".

"Bəzi ərköyün supermarketlər var. Bunların bəzilərində xronometraj ölçmələr aparılıb və acınacaqlı nəticələr əldə edilib. Bu supermarketlərdə malların qiymətləri dəyişməyib. Vergi orqanalarının apardığı ciddi yoxlamalar nəticəsində onlar 2014-cü ilə nisbətən 2015-ci ildə bir qədər artıq vergi ödəyib. Bu ilin əvvəlində apardığımız xronometraj müşahidələr zamanı isə bu obyetklərin onların on dəfələrlə dövriyyəni gizlətdiyinin şahidi olmuşuq. Dövriyyəsini 40 dəfə gizlədən supermarketlər var", - nazir müavini əlavə edib.
Geri dön