Ana Sayfa > Karusel / Gündəm / M2 > Paytaxtın bu yoluna giriş məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Paytaxtın bu yoluna giriş məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ


18-05-2016, 10:21. Yazar: Xeberaz
Paytaxtın bu yoluna giriş məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
Xocahəsən avtomobil yolunda aparılan cari təmir işləri ilə əlaqədar (asfalt-beton örtüyünün dağılmış hissələrinin təmiri) bu gündən etibarən bir-neçə gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən xəbər verilib. Məlumatda bildirilir ki, sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyə olunur.
Geri dön