Ana Sayfa > Karusel / Gündəm / M2 > Ramil Həsənov Qətərə getdi

Ramil Həsənov Qətərə getdi


17-05-2016, 22:39. Yazar: Xeberaz
Ramil Həsənov Qətərə getdi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov Qətərə səfər edib.

"Xəbəraz.az " xəbər verir ki, R.Həsənov səfər çərçivəsində Qətərin Mədəniyyət və İdman naziri Salah Bin Qhanim Al Ali və Beynəlxalq İdman Təhlükəsizlik Mərkəzinin (ICSS) prezidenti Məhəmməd Hanzab ilə görüşlər keçirib.

Görüşlərdə qarşılıqlı faydalı əməkdaşlığa dair səmərəli fikir mübadiləsi aparılıb.

TDƏŞ-in baş katibi qətərli naziri və ICSS-in prezidentini 2016-cı ilin payızında Qırğızıstanda keçiriləcək İkinci Dünya Köçəri Oyunlarına dəvət edib.
Geri dön