Ana Sayfa > Karusel / Gündəm / M2 > Nazir Şirvana gedir

Nazir Şirvana gedir


17-05-2016, 22:17. Yazar: Xeberaz

Nazir Şirvana gedir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mayın 20-də Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, qəbulda Şirvan şəhərində, habelə Hacıqabul və Saatlı rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Şirvan regional ədliyyə şöbəsində (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, bina 17) keçiriləcək.

Vətəndaşlar qəbula Şirvan regional ədliyyə şöbəsi (əlaqə telefonu: (02121) 5-67-27, (050) 567-98-24), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Geri dön