Ana Sayfa > Karusel / Dünya / M2 > İraqda 4 ardıcıl terror: 55 ölü

İraqda 4 ardıcıl terror: 55 ölü


17-05-2016, 20:46. Yazar: Xeberaz

İraqda 4 ardıcıl terror: 55 ölü
İraqın paytaxtı Bağdadın 4 fərqli ərazisində baş verən terror aktları nəticəsində ən azı 55 nəfər ölüb, 80-dən çoxu isə yaralanıb.

"Xəbəraz.az " xəbər verir ki, ilk partlayış Rəşidiyyə bölgəsində avtomobilə quraşdırılan bombanın işə düşməsi nəticəsində baş verib.

Sözügedən terror aktında 6 nəfərin öldüyü, 3-nün isə yaralandığı bildirilib.

İkinci və üçüncü partlayışlar isə Şaab bölgəsində yerləşən bazar ərazisində həyata keçirilib.

Məlumata görə, bu olaylarda isə 15 nəfər ölüb, 21 nəfər isə yaralanıb.

Sonunc partlayış şiələrin kompakt yaşadığı Sədr bölgəsində baş verib.

Burada 34 nəfərin öldüyü, 64 nəfərin isə yaralandığı vurğulanıb.
Geri dön