Ana Sayfa > Karusel / Hadisə / M2 > Sabahın hava Proqnozu

Sabahın hava Proqnozu


26-04-2015, 22:52. Yazar: Fehrad
Sabahın hava Proqnozu



Həftənin ilk iş günü Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xeberaz.az-a verilən məlumata görə, aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək.
Axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Geri dön