Ana Sayfa > Karusel / Dünya / M2 > Camalənin anası: "Bizi İrəvandan deportasiya etdilər"

Camalənin anası: "Bizi İrəvandan deportasiya etdilər"


17-05-2016, 15:21. Yazar: Xeberaz


Camalənin anası: "Bizi İrəvandan deportasiya etdilər"
Avroviziya 2016 mahnı müsabiqəsinin qalibi Cəmalənin anası qızının qalib olacağından əmin imiş.

"Xəbəraz.az " Layf-a istinadən Camalənin anasının verdiyi müsahibəni təqdim edir:

“Mən onun qələbəsindən əmin idim. Amma onun həyatından çox narahat idim”, – müğənninin anası Qalina Tumasova açıqlayıb.

O, niyə Camalənin məhz belə bir mahnı seçdiyini də açıqlayıb:

– Camalə deportasiya olunan bir ailədə böyüyüb, mən də. Atam, eləcə də ərimin ailəsi Ermənistandan deportasiya olunub.

Müsahibə zamanı məlum olub ki, Camalə, əslində, bu müsabiqəyə bu mahnı ilə qatılmalı deyilmiş. O bu mahnını 18 may tarixində – Krım tatarlarının deportasiya edildiyi gündə ifa etməyi planlaşdırırmış:

– Lakin Avroviziya Komitəsinin üzvləri bu mahnını eşidən kimi ağlamağa başladılar. Və prodüser Konstantin Meladze məhz bu mahnının müsabiqəyə göndərilməsi qərarını qəbul etdi.

Geri dön