Ana Sayfa > Karusel / Gündəm / M2 > Hamı PUA-dan istifadə edə biləcək

Hamı PUA-dan istifadə edə biləcək


17-05-2016, 13:20. Yazar: Xeberaz
Hamı PUA-dan istifadə edə biləcək
Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının xüsusi icazə əsasında dövriyyədə olmasına icazə verilib.A-nın məlumatına görə, bu, Milli Məclisin plenar iclasında qəbul edilən “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, hazırda siyahıda 17 adda avadanlıq, silah, mal və məmulat var. Qanuna edilən dəyişikliklə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçuş aparatları da daxil edilib.
Geri dön