Ana Sayfa > Karusel / Gündəm / M2 > Beynəlxalq Muzeylər Günü qeyd olunur

Beynəlxalq Muzeylər Günü qeyd olunur


17-05-2016, 12:18. Yazar: Xeberaz
Beynəlxalq Muzeylər Günü qeyd olunur
Mayın 18-i Beynəlxalq Muzeylər Günü münasibəti ilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi sərgi keçirəcək.

Kulis.Azın xəbərinə görə teatr rəssamlarının fondda qorunan əsərlərindən ibarət sərgidə Əzim Əzimzadə, Kazım Kazımzadə, İzzət Seyidova, Mikayıl Abdullayev, İsmayıl Axundov, Ənvər Almaszadə, Fyodor Qusak, İsmayıl Məmmədov, Nazim Bəykişiyev kimi rəssamların müxtəlif tamaşalara çəkdikləri geyim və dekorasiya eskizləri sərgilənəcək.

Sərgiyə giriş sərbəstdir.

Eyni zamanda 18-22 may tarixləri muzeydə “Açıq qapı” günü elan olunacaq.
Geri dön