Ana Sayfa > Karusel / Hadisə / M2 > Şəki-Qax sərhədində yol terroru: 1 ölü, 2 yaralı

Şəki-Qax sərhədində yol terroru: 1 ölü, 2 yaralı


16-05-2016, 23:22. Yazar: Xeberaz

Şəki-Qax sərhədində yol terroru: 1 ölü, 2 yaralı

Şəki-Qax yolunun Şəki və Qax rayonlarının həmsərhəd ərazisində ağır yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, “Niva” markalı minik avtomobili traktorla toqquşub.

Hadisə nəticəsinə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Ölən və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir.
Geri dön