Ana Sayfa > Karusel / Siyasət / Gündəm / M2 > Azərbaycan və İran yeni əməkdaşlığa başlayır

Azərbaycan və İran yeni əməkdaşlığa başlayır


16-05-2016, 18:53. Yazar: Xeberaz

Azərbaycan və İran yeni əməkdaşlığa başlayır

Azərbaycan və İran aqrar sektorda əməkdaşlığı inkişaf etdirməyə hazırdırlar.

"Xəbəraz.az "xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda Azərbaycan-İran biznes-forumunda deyib.

Nazir iranlı həmkarı ilə heyvandarlıq, süni mayalanma, kənd təsərrüfatı heyvanlarının yeni cinslərinin idxalı və bitkiçilik sahələrində əməkdaşlığın inkişafını, toxumçuluq sahəsində əməkdaşlıq səviyyəsinin artırılmasını, elmi tədqiqat institutları səviyyəsində əlaqələrin qurulmasını, kadr, elmi işlərin nəticələrinin mübadiləsini müzakirə etdiyini bildirib.

H.Əsədov qeyd edib ki, son vaxtlar aqrar sektor sahəsində Azərbaycan-İran münasibətlərinə əlavə təkan verilib.
Geri dön