Ana Sayfa > Karusel / Dünya / M2 > Ermənistan “DQR” məsələsini bağladı

Ermənistan “DQR” məsələsini bağladı


16-05-2016, 18:15. Yazar: Xeberaz

Ermənistan “DQR” məsələsini bağladı
Ermənistan parlamentinin xarici əlaqələr komitəsi “DQR”in müstəqilliyini nəzərdə tutan qanun layihəsinin plenar iclasın gündəliyinə salınıb-salınmaması barədə müzakirə aparıb.

"Xəbəraz.az " xəbər verir ki, komitə müzakirələrdən sonra səsvermə keçirib və layihənin plenar iclasın gündəliyinə salınmamasına qərar verilib.

Deputatlar hazırda “DQR”in tanınmasına ehtiyac olmadığını bildiriblər.

“Bu gün “DQR”in tanınması ağılsızlıqdır”, - komissiyanın sədri Artak Zəkaryan deyib.

Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryanın sözlərinə görə isə “DQR”in tanınması danışıqlar prosesini poza bilər və məhz bu səbəbə layihəyə müsbət cavab verilməyib.
Geri dön