Ana Sayfa > Karusel / Hadisə / M2 > Polis əməkdaşları qəzaya düşdü: Yaralılar var

Polis əməkdaşları qəzaya düşdü: Yaralılar var


16-05-2016, 16:45. Yazar: Xeberaz
Polis əməkdaşları qəzaya düşdü: Yaralılar var

Bakıda polis əməkdaşlarının olduğu avtomobil qəzaya düşüb.

Report-un xəbərinə görə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1987-ci il təvəllüdlü Ruslan Nuriyevin idarə etdiyi “Fiat Doblo” markalı avtomobil Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Rövşən Əzimovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə R.Nuriyev bel nahiyəsindən, onun sərnişini, 1989-cu il təvəllüdlü Elnar Aydınov baş nahiyəsindən xəsarət alıblar.

“Fiat Doblo” markalı avtomobilin sərnişinləri polis serjantlarıdırlar.
Geri dön