Ana Sayfa > Karusel / Dünya / M2 > Məşhur şoumen Türkiyəni tərk etdi - Səbəb

Məşhur şoumen Türkiyəni tərk etdi - Səbəb


16-05-2016, 15:37. Yazar: Xeberaz
Məşhur şoumen Türkiyəni tərk etdi - Səbəb
Məşhur türk şoumen Bəyaz Türkiyəni tərk edib.

"Xəbəraz.az " xəbər verir ki, son dövrlərdə verilişində baş verən hadisələrə görə tənqid hədəfi olan Bəyazit Öztürk (Bəyaz) Türkiyədən köçüb. Məlumata görə, o, İspaniyanın Barselona şəhərində yaşayır.

Bəyaz, sadəcə, “Bəyaz Şou”nun çəkilişləri üçün Türkiyəyə gəlir, canlı yayımdan dərhal sonra isə Barselonaya qayıdır.

Qeyd edək ki, bir müddət əvvəl Bəyazın aparıcı olduğu verilişdə bir tamaşaçı PKK-ya qarşı təşkil olunan əməliyyatları pisləyən Aişə Çəliklə bağlı şüar yazılmış plakat qaldırıb. Bundan sonra Bəyaz tənqid hədəfi olub.
Geri dön