Ana Sayfa > Karusel / Dünya / M2 > Kreml Avroviziya ittihamlarını cavabsız qoydu

Kreml Avroviziya ittihamlarını cavabsız qoydu


16-05-2016, 15:00. Yazar: Xeberaz

Kreml Avroviziya ittihamlarını cavabsız qoydu
Kreml Avroviziya musiqi yarışmasına şərh vermir.

"Xəbəraz.az " RİA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.

“Musiqi yarışmasına şərh vermək bizim işimiz deyil”, – Peskov vurğulayıb.

Xatırladaq ki, iki gün öncə Britaniya nəşri “Qardian” jurnalın üz qabığında ukraynalı qalib Camalənin fotosuna yer verərək “Eşidirsən, Putin?” başlıqlı yazı dərc etmişdi.

Yazıda Camalənin “Mən qalib gəlsəm, bu o demək olacaq ki, müasir avropalılar başqa xalqların da ağrılarını eşitməyə və hiss etməyə hazırdır” şərhinə də yer verilib.
Geri dön