Ana Sayfa > Karusel / Dünya / M2 > Əl Qaidə Suriyada iqamətgah yaradır

Əl Qaidə Suriyada iqamətgah yaradır


16-05-2016, 14:32. Yazar: Xeberaz

Əl Qaidə Suriyada iqamətgah yaradır
Əl Qaidə terror təşkilatının rəhbərliyi Suriyada yeni iqamətgah yaratmaq üçün bu ölkəyə onlarla təcrübəli döyüşçü göndərib.
"Xəbəraz.az "Röyter-ə istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ xüsusi xidmət orqanlarındakı mənbələr verib.

Pakistanda pilotsuz uçan aparatların hücumu nəticəsində çox sayda itki verən Əl Qaidə Suriyada möhkəmlənməyə iddialıdır.

Nyu York Tayms-ın iddialarına görə, bu, Suriyada İŞİD terror qruplaşması ilə qanlı döyüşlərə gətirib çıxaracaq.

Verilən məlumata görə, terror təşkilatı Suriya ərazisində Əl Qaidə özəyinin yaradılması üçün Nüsrə Cəbhəsinin bazasından istifadə etmək niyyətindədir.
Geri dön