Ana Sayfa > Karusel / Dünya / M2 > Obama: “Müsəlmanları alçaltmaq olmaz”

Obama: “Müsəlmanları alçaltmaq olmaz”


16-05-2016, 12:18. Yazar: Xeberaz

Obama: “Müsəlmanları alçaltmaq olmaz”

ABŞ Prezidenti Barak Obama Nyu Cersi ştatında yerləşən Ratqer Universitetində məzun gecəsinə qatılıb.

"Xəbəraz.az " xəbər verir ki, prezident seçkiləri ilə bağlı fikirlərini bölüşən Ağ Ev rəhbəri Respublikaçılar Partiyasından namizəd Donald Trampı tənqid edib:

“Sərhədə divar hörməklə nə iqtisadiyyatımız canlanacaq, nə də təhlükəsizliyimiz artacaq. İstər siyasətdə, istər gerçək həyatda olsun, cəhalət çıxış yolu deyil. Özümüzə kömək etmək üçün başqalarına da kömək etməliyik. Körpüləri yandırmaqla iş aşmaz.

Müsəlmanları alçaltmaq və ya təcrid etmək, təkcə kimliyimizə xəyanət deyil, bu, eyni zamanda ölkəmizdə və xaricdə radikalizmlə mübarizəyə zərbədir”.

Xatırladaq ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə müsəlmanların ölkəyə girişini qadağan edəcəyini deyib.

Geri dön