Ana Sayfa > Karusel / Dünya / M2 > 300 şirkət Britaniyanı AB-dən çıxmağa səslədi

300 şirkət Britaniyanı AB-dən çıxmağa səslədi


16-05-2016, 11:08. Yazar: Xeberaz


300 şirkət Britaniyanı AB-dən çıxmağa səslədi
Böyük Britaniyanın 300 şirkəti əhaliyə müraciət edərək, ölkənin Avropa Birliyindən çıxmasına səs verməyə çağırıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı “Teleqraf” qəzeti yayıb. Şirkət rəhbərləri hesab edirlər ki, ölkənin AB üzvü olaraq qalması Britaniyadakı rəqabətliliyi öldürür. Biznesmenlər ölkənin təşkilatdan çıxacağı təqdirdə yeni iş yerlərinin yaranacağını və biznesin inkişaf edəcəyini bildiriblər.

Məktuba imza atan şirkətlər sırasında “Rebuk”, “Kalkot Otel” və digər nəhəng şəbəkələr var.

Qeyd edək ki, Britaniyanın AB-dən çıxması ilə bağlı referendum iyunun 23-də keçiriləcək.
Geri dön