Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Salyanda qeyri-adi motosiklet hazırlanıb

Salyanda qeyri-adi motosiklet hazırlanıb


15-05-2016, 21:24. Yazar: Xeberaz
Salyanda qeyri-adi motosiklet hazırlanıb
Salyanda qeyri-adi motosikl görənlərin böyük marağına səbəb olub.
"Xəbəraz.az " Report-a istinadən xəbər verir ki, rayonun Şorsulu kənd sakini, 39 yaşlı Xalıq Abbasov həmkəndlisi Elnur Hümbətovla birgə özünə məxsus motosikldə ciddi dəyişiklik edərək yeni avtomobil düzəldib.
Belə ki, yeni motosiklə “Vaz-2106” mühərriki, “Niva”nın sürət qutusu, “Moskviç” diferi və kuzov quraşdırılıb.
Motosiklin arxa hissəsinə “Jiquli”, ön hissəyə isə motosikl təkəri birləşdirlib. Xalıq Abbasov 18 gündə araya-ərsəyə gətirilən motosikldən yalnız təsərrüfat işlərində istifadə edir.
300 kiloqrama yaxın ağırlığı olan yeni motosikl 2 tona yaxın yük götürmək qabiliyyətinə malıkdir.
O, “Vaz-2106” markalı avtomobil kimi saatda 180 kilometr məsafəni qət edə bilir.
Salyanda qeyri-adi motosiklet hazırlanıb
Salyanda qeyri-adi motosiklet hazırlanıb
Salyanda qeyri-adi motosiklet hazırlanıb
Geri dön