Ana Sayfa > Karusel / İdman / M2 > Avropa Kubokunda 4 medal: 2 qızıl, 1 gümüş, 1 bürünc

Avropa Kubokunda 4 medal: 2 qızıl, 1 gümüş, 1 bürünc


15-05-2016, 17:55. Yazar: Xeberaz
Avropa Kubokunda 4 medal: 2 qızıl, 1 gümüş, 1 bürünc
Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mötəbər turnirdə çıxışı uğurlu alınıb.

Cüdoçularımız 4 medal qazanaraq çempionatı ikinci yerdə tamamlayıb.

Hidayət Heydərov (73 kq) və Zeym Kotsiyev (100 kq) qızıl, Rasim Əlməmmədov (60 kq) gümüş, Tural Səfquliyev isə bürünc medal qazanıb.

Qeyd edək ki, Orenburqda təşkil olunan Avropa kubokunda 19 ölkədən 261 idmançı medallar uğrunda mübarizə aparaıb. Azərbaycan millisi isə 7 cüdoçu ilə təmsil olunub.
Geri dön