Ana Sayfa > Karusel / İqtisadiyyat / Foto-fakt > Polis əməliyyat keçirdi - 3 TIR siqaret ələ keçirildi

Polis əməliyyat keçirdi - 3 TIR siqaret ələ keçirildi


15-05-2016, 21:07. Yazar: Xeberaz
Polis əməliyyat keçirdi - 3 TIR siqaret ələ keçirildi
Türkiyənin Van vilayətində hüquq-mühafizə orqanları siqaret qaçaqmalçılığı ilə məşğul olan qruplaşmanı ifşa edib. Lent.az sözcu.com.tr-yə istinadən xəbər verir ki, polis Vanın yaxınlığındakı bazada 3 TIR-ın Bolqarıstan-Türkiyə-İran marşrutu ilə daşınan külli miqdarda siqaretin yerləşdirildiyini üzə çıxarıb. Gecə saatlarında aparılan əməliyyatla 450 min qutu (900 kiloqram) siqaret yük maşınlarına doldurulan kimi ələ keçirilib. Əməliyyat zamanı 3 nəfər də tutulub. Məlum olub ki, tutulan şəxslər PKK üzvüdür və siqaret biznesindən gələn pulu terror təşkilatına ötürürmüş.
Geri dön