Ana Sayfa > Karusel / Hadisə / M2 > Gəncə də 36 yaşlı kişini bıçaqladılar

Gəncə də 36 yaşlı kişini bıçaqladılar


15-05-2016, 20:13. Yazar: Xeberaz

Gəncə də  36 yaşlı kişini bıçaqladılar

Gəncədə bıçaqlanma olub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə şəhər sakini 1980-ci il təvəllüdlü Sahil Qənbərov sol bel nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyəti orta ağır qiymətləndirilir. İlkin məlumata görə, S. Qənbərov şəhərin Gülüstan qəsəbəsində bıçaqlanıb. Ona hansı şəraitdə və kim tərəfindən xəsarət yetirildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis Şöbəsində araşdırma aparılır
Geri dön