Ana Sayfa > Karusel / Dünya / M2 > Məşhur aktrisa Aydoğan vəfat etdi

Məşhur aktrisa Aydoğan vəfat etdi


15-05-2016, 18:55. Yazar: Xeberaz
Məşhur aktrisa Aydoğan vəfat etdi

Türkiyənin tanınmış aktrisası Oya Aydoğan vəfat edib.

Musavat.com xəbər verir ki, boğazında qalan yeməyi çıxarmağa çalışarkən aorta damarını zədələyən “Yaşılçam”ın məşhur aktrisası əməliyyat olunduqdan sonra reanimasiyaya yerləşdirilmişdi.

Müşahidə altında saxlanılan O.Aydoğan bu gün Türkiyə saatı ilə 7:45-də vəfat edib.

Xatırladaq ki, Aydoğan mayın 8-də xəstəxanaya yerləşdirilmiş və üzərində 10 saat əməliyyat aparılmışdı.

Geri dön