Ana Sayfa > Karusel / Dünya / M2 > İran-Rusiya razılığı: Tehran Xəzərdə güclənir

İran-Rusiya razılığı: Tehran Xəzərdə güclənir


15-05-2016, 16:36. Yazar: Xeberaz

İran-Rusiya razılığı: Tehran Xəzərdə güclənir
Tehran Moskva ilə öz dəniz donanmasına yeni silahlar almaq üçün danışıqlara başlayıb.

"Xəbəraz.az " xəbər verir ki, bunu İran mətbuatına açıqlamasında İran Hərbi Dəniz Qüvvələrinin komandanı Qolam Reza Bikam söyləyib.

Onun sözlərinə görə, İran Rusiyadan xüsusilə xilasedici əməliyyatların aparılması və dənizlərdə fövqəladə yardımların həyata keçirilməsini təşkil edə biləcək texnika almaq niyyətindədir.

O həmçinin İranın Azərbaycanla da kontaktlarının davam etdiyini bildirib. Bikam Tehranın digər dövlətlərlə Xəzərdə birgə təlimlərin keçirilməsi üçün əməkdaşlıq etdiyini də bildirib.
Geri dön