Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD Suriyanın şimalını qana boyadı: 5 ölü

İŞİD Suriyanın şimalını qana boyadı: 5 ölü


15-05-2016, 04:22. Yazar: Xeberaz
İŞİD Suriyanın şimalını qana boyadı: 5 ölü

Suriyanın Rojava əyalətinin Qamışlı və Telabyad bölgələrinə İŞİD terrorçuları tərəfindən bomba quraşdırılan avtomobillərlə hücum edilib.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri YPG komandanı Şervan Zindan deyib.

Onun sözlərinə görə, avtomobillərdən biri Qamışlıda yerləşən yanacaqdoldurma məntəqəsində partladılıb.

Zindan digər avtomobildə olan partlayıcının isə Telabyadın mərkəzi xəstəxanasının önündə işə salındığını deyib.

O, partlayışlar zamanı 5 nəfərin həlak olduğunu vurğulayıb.

Qeyd edək ki, son zamanlar İŞİD-in Suriyanın şimalında xüsusi aktivliyi müşahidə olunur.
Geri dön