Ana Sayfa > Karusel / Hadisə / M2 > Qırmızı körpüdə qəza - Foto

Qırmızı körpüdə qəza - Foto


15-05-2016, 00:35. Yazar: Xeberaz
Qırmızı körpüdə qəza - Foto
Qırmızı körpü keçid məntəqəsində avtomobil qəzası baş verib.

Bu barədə Report-a avtomobilin sahibi Yevlax rayon sakini Sübhan Abdullayev bildirib.

Hadisə ona məxsus "JEEP" markalı avtomobilin evakuatorun üzərində Gürcüstan istiqamətində aparılması zamanı qeydə alınıb. Belə ki, gömrük əməkdaşları avtomobilə baxış keçirib, lakin onlar baxış keçirdikdən sonra avtomobilin qapılarından birini bağlamağı yaddan çıxarıblar. Nəticədə avtomobilin açıq qapısı gömrükçülərin olduğu inzibati binaya dəyib və avtomobil evakuatorun üstündən düşərək əzilib. Maşın sahibinin sözlərinə görə, avtomobilə 1000 manata yaxın məbləğdə ziyan dəyib.

Qırmızı körpüdə qəza - Foto

Geri dön