Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > “Boinq”i rusların vurmasının daha bir sübutu - Video

“Boinq”i rusların vurmasının daha bir sübutu - Video


14-05-2016, 23:12. Yazar: Xeberaz

“Boinq”i rusların vurmasının daha bir sübutu - Video
Sosial şəbəkələrdə 2014-cü il iyulun 17-də Ukraynanın şərqində vurulan Malayziya hava yollarına məxsus Boinq-777 təyyarəsi ilə bağlı maraqlı video yayılıb.

"Xəbəraz.az "“Bild” qəzetinə istinadən xəbər verir ki, videoda Rusiya istehsalı olan “Buk” zenit-raket kompleksi görünür.

Qəzet qeyd edir ki, video iyulun 17-də Donetskin Makeyevka şəhərində, yəni hadisənin olduğu ərazidən 55 km məsafədə çəkilib.

Zenit-raket kompleksi hərbi maşınlarla müşayiət olunub.

Qəzetə danışan ekspertlər iddia ediblər ki, Boinq-777 təyyarəsi bu raketlə vurulub.

Qeyd edək ki, hadisə zamanı 295 nəfər ölmüşdü.


“Boinq”i rusların vurmasının daha bir sübutu - Video
Geri dön