Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyədə həyəcan: Dəhşətli zəlzələ gözlənilir

Türkiyədə həyəcan: Dəhşətli zəlzələ gözlənilir


14-05-2016, 22:00. Yazar: Xeberaz

Türkiyədə həyəcan: Dəhşətli zəlzələ gözlənilir

Son 14 gündə Aralıq dənizində 65 dəfə zəlzələ olub.

"Xəbəraz.az " xəbər verir ki, türk mütəxəssislər belə qısa müddət ərzində bu qədər zəlzələ olmasını təhlükəli vəziyyət kimi qiymətləndiriblər. Onlar son günlərdə tez-tez hiss olunan təkanların dəhşətli bir zəlzələnin xəbərçisi olduğunu deyiblər.

Professor Əhməd Ərcan növbəti 2 il ərzində Türkiyədə 7 baldan çox zəlzələ olacağını açıqlayıb.

Qeyd edək ki, 1999-cu il avqustun 17-də Türkiyənin İzmit şəhərində baş verən 7,6 bal gücündə zəlzələ zamanı 17 min 217 nəfər həlak olub, 43 min 959-u isə yaralanıb. Hadisə zamanı 500 min nəfər evsiz-eşiksiz qalıb.
Geri dön