Ana Sayfa > Karusel / Dünya / M2 > İrəvanda böhran: Sərkisyan hökuməti dəyişir

İrəvanda böhran: Sərkisyan hökuməti dəyişir


14-05-2016, 21:00. Yazar: Xeberaz

İrəvanda böhran: Sərkisyan hökuməti dəyişir

Bu günlərdə Ermənistanda yüksək vəzifəli şəxslərin istefaya göndərilməsi gözlənilir.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzetin məlumatına görə, hazırda Ermənistanın yüksək siyasi elitasında ən çox müzakirə edilən məsələ budur:

“Demək olar ki, bütün nazirlər gələcək taleləri barədə prezidentin iqamətgahından müxtəlif yollarla məlumat almağa çalışırlar”.

Xüsusilə, korrupsiyaya bulaşmış və köhnə şəxslərin istefaya göndəriləcəyi bildirilir.

“Bu qeyri-müəyyənlik hazırda Ermənistanın idarəetmə sisteminin bir hissəsində təşvişə səbəb olub və demək olar ki, bəzi məmurlar işləməkdən imtina edərək, nə olacağını gözləməyə başlayıb”, - qəzət qeyd edib.
Geri dön