Ana Sayfa > Karusel / Dünya / M2 > Sekuta: “ABŞ-la Azərbaycanın oxşarlığı çoxdur”

Sekuta: “ABŞ-la Azərbaycanın oxşarlığı çoxdur”


14-05-2016, 20:37. Yazar: Xeberaz

Sekuta: “ABŞ-la Azərbaycanın oxşarlığı çoxdur”
Azərbaycan Dövlət Filarmoniyasında “Amerika günləri” festivalının açılışına həsr olunan konsert proqramı təşkil edilib.

"Xəbəraz.az " xəbər verir ki, konsertdən əvvəl çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın müxtəlifliyinə həsr olunan “Amerika günləri” festivalının bir həftə davam edəcəyini deyib.

Səfir bildirib ki, ABŞ-la Azərbaycan arasında oxşarlıqlar çoxdur və ən əsası hər iki ölkə müxtəlif dini, milli, mədəni qruplara qarşı tolerantdır. Hər iki xalq bu dəyərləri gələcək nəsillərə çatdırmaq niyyətindədir.

Diplomat bir həftəlik proqram çərçivəsində Amerika musiqisinin, rəsmlərinin, mətbəxinin, müxtəlifliyinin, baxış tərzinin Azərbaycan xalqı ilə paylaşılacağını vurğulayıb.

Daha sonra konsert klassik musiqi ilə davam edib.

Geri dön