Ana Sayfa > Karusel / Dünya / M2 > Yanlış həbs cəzasına görə şok təzminat

Yanlış həbs cəzasına görə şok təzminat


14-05-2016, 20:05. Yazar: Xeberaz

Yanlış həbs cəzasına görə şok təzminat
Çində maraqlı hadisə baş verib.

"Xəbəraz.az " xəbər verir ki, 24 il həbsxana həyatı yaşamış Çin vətəndaşı Çen Man hökumətdən 2,8 milyon yuan (420 min dollar- red) təzminat alıb.

Çen Man 1992-ci ildə yanğın törətmə və insan ölümünə səbəb olmaq suçuyla həbs olunub. Daha sonra onun barəsində edam qərarı verilib. Lakin bu qərar icra olunmayıb. Çen Man hadisədə günahkar olmadığını bildirsə də, etirazı qəbul edilməyib.

Nəhayət, 2015-ci ilin fevralında məhkəmə işə yenidən baxıb. Çen Man yeni qərarla bəraət alıb və 2016-cı ilin fevralında azadlığa buraxılıb.

Azadlığa çıxan Çen Man hökumətdən 9,65 milyon yuan (1,48 milyon dollar) təzminat tələb edib. Məhkəmə isə bu tələbin 2,8 milyon yuanının ödənməsi barədə qərar çıxarıb.

Geri dön