Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Qondarma Dağlıq Qarabağın “bayrağı” ayaqlar altında – Video

Qondarma Dağlıq Qarabağın “bayrağı” ayaqlar altında – Video


14-05-2016, 20:04. Yazar: Xeberaz
Qondarma Dağlıq Qarabağın “bayrağı” ayaqlar altında – Video

Ukraynada Kunq Fu və Uşu üzrə keçirilən Avropa çempionatında Azərbaycan və Ermənistan idmançıları, məşqçiləri eləcə də döyüşü izləyənlər arasında dava düşməsi məsələsinə münasibət bildirib

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “Report”a açıqlamasında bütün hadisələrin azərbaycanlı idmançının qələbə qazanmasından sonra baş verdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan idmançısı Orxan Məhərrəmov erməni idmançı üzərində qələbə qazanıb və bu da qarşı tərəfin aqressiyasına səbəb olub: “Bizim idmançı Orxan Məhərrəmov qalib gəldi. Bundan sonra Azərbaycanın qələbəsini həzm edə bilməyən ermənilər davaya cəhd etdilər. Davanın yaranmasına əsas səbəb isə qondarma Dağlıq Qarabağ “bayrağı”nın qaldırılması olub. Bundan sonra iki tərəf arasında insident yaşanıb. Nəticədə Azərbaycan tərəfi ermənilərin əlində olan oyuncaq bayrağı götürərək cırıb və ayaqlar altına atıblar”.

Qeyd edək ki, davada zaldakıların hamısı iştirak ediblər.

Geri dön