Ana Sayfa > Karusel / Hadisə / M2 > Biləsuvarda ağır qəza: Ölən var

Biləsuvarda ağır qəza: Ölən var


14-05-2016, 19:10. Yazar: Xeberaz

Biləsuvarda ağır qəza: Ölən var
Biləsuvarda 1 nəfər ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı yük maşını ilə “Pejo” markalı avtomobilin toqquşması nəticəsində ilkin məlumata görə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Salyan və Biləsuvar rayonlarının təcili tibbi yardım maşınları cəlb olunub. Xilasedicilər tərəfindən avtomobidə sıxılıb qalmış meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölən şəxs Biləsuvar rayon sakini, 56 yaşlı Kamal Müctəba oğlu Abdullayevdir. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına qaldırılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Geri dön