Ana Sayfa > Karusel / Dünya / M2 > Türk ordusundan PKK-ya intiqam əməliyyatı

Türk ordusundan PKK-ya intiqam əməliyyatı


14-05-2016, 19:04. Yazar: Xeberaz

Türk ordusundan PKK-ya intiqam əməliyyatı
Türkiyə Hərbi Hava Qüvvələri Hakkari vilayətində törədilən terror hücumundan sonra PKK-ya qarşı əməliyyat keçirib.

"Xəbəraz.az " xəbər verir ki, Hakkari vilayətində və Şimali İraqda baş tutan əməliyyatlara F-4 və F-16 qırıcıları qatılıb.

Əməliyyat zamanı PKK-nın 98 hədəfi məhv edilib. Hazırda əməliyyatların davam etdiyi bildirilir.

Qeyd edək ki, ötən gün Hakkari vilayətində PKK-ya qarşı əməliyyatlarda 6 əsgər şəhid olub, 8 hərbçi isə yaralanıb. Əməliyyatlara dəstək üçün gedən vertolyotun qəzaya düşməsi nəticəsində isə daha iki hərbçi dünyasını dəyişib.
Geri dön