Ana Sayfa > Karusel / Dünya / M2 > Ukrayna Rusiyanı beynəlxalq məhkəməyə verdi

Ukrayna Rusiyanı beynəlxalq məhkəməyə verdi


14-05-2016, 18:39. Yazar: Xeberaz

Ukrayna Rusiyanı beynəlxalq məhkəməyə verdi
Ukraynanın BMT-dəki nümayəndə heyəti Rusiyanın Donbasda törətdiyi cinayətlərlə bağlı istintaq aparılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə çağırış edib.
"Xəbəraz.az " xəbər verir ki, nümayəndə heyəti bu cinayətlərdə Rusiya və “Donetsk-Luqansk Xalq Respublikaları”nın rəhbərliyini günahlandırıb.

“Ukraynanın daxilində və ətrafındakı çətin vəziyyəti nəzərə alaraq, qlobal hüququn təmin edilməsini istəyirik və buna görə, Beynəlxalq Cinayət Məhkəməsinə çağırış edirik”, - Ukrayna rəsmiləri bildirib.

Qeyd edək ki, Rusiya yönlü separatçılar 2014-cü ildə Ukraynanın şərqində ”Donetsk və Luqansk Xalq Respublikaları” yaradıblar.
Geri dön