Ana Sayfa > Karusel / Dünya / M2 > Hizbullah hərbi liderinin kim tərəfindən öldürülməsini açıqladı

Hizbullah hərbi liderinin kim tərəfindən öldürülməsini açıqladı


14-05-2016, 17:41. Yazar: Xeberaz
Hizbullah hərbi liderinin kim tərəfindən öldürülməsini açıqladı

Hizbullah çərşənbə axşamı günü öldürülən hərbi lideri Mustafa Bədrəddinin kim tərəfindən öldürülməsini açıqlayıb

"Xəbəraz.az " xəbər verir ki, qruplaşma bu gün yaydığı bəyanatda Bədrəddinin Suriyada Əsəd rejiminə qarşı olan müxaliflər tərəfindən partladılaraq öldürüldüyünü bildirib.

Hizbullah lideri Həsən Nəsrullahdan sonra qruplaşmanın ikinci lideri olan Bədrəddin, Livan-Suriya sərhədində baş vermiş partlayış nəticəsində ölüb və cənazəsi dünən Beyrutda dəfn edilib.
Geri dön