Ana Sayfa > Karusel / Hadisə / M2 > Astarada yol qəzası: 3 yaralı

Astarada yol qəzası: 3 yaralı


14-05-2016, 16:58. Yazar: Xeberaz

Astarada yol qəzası: 3 yaralı
Astara rayonunun Siyakü kəndində "Lada Priora" markalı avtomobil qəzaya uğrayıb

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 1990-cı il təvəllüdlü Siyakü kənd sakini Muradov Akif Hikmət oğlu və 1986-cı il təvəllüdlü Vaqo kənd sakini Muradov Orxan Akif oğlunun vəziyyəti daha ağır qiymətləndirilir.

1992-ci il təvəllüdlü Səmədullazadə Məhəmməd Murad oğlunun vəziyyəti orta ağırdır. Ona daxili orqanlarının əzilməsi diaqnozu qoyularaq ambulator yardım göstərilib. İlkin məlumata görə, nəqliyyat vasitəsi ağaca çırpılıb. (report.az)
Geri dön