Ana Sayfa > Karusel / Dünya / M2 > Ermənistanın şirkətləri iflas həddində

Ermənistanın şirkətləri iflas həddində


14-05-2016, 16:54. Yazar: Xeberaz

Ermənistanın şirkətləri iflas həddində
İrəvanın nəqliyyat şirkətləri iflas olmaq həddinə çatıb.

"Xəbəraz.az " erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda onların milyonlarla dollar borcu var.

“Lüdviq və oğlan” şirkətinin direktoru Lüdviq Poqosyan İrəvan merinə 20 milyon dram, vergiyə 13 milyon dram, banka isə 1 milyon dollar borcu olduqlarını deyib:

“Aldığımız 40 avtobusdan yarısı isə qeyri-işlək vəziyyətdədir”.

Ermənistan sərnişin daşıyıcıları ittifaqının sədri Qrant Yeqiazaryan statistikanın gündən-günə pisləşdiyini bildirib:

“Bu gün özəl sektorda 5 şirkət fəaliyyətini dayandırıb. Nəticədə insanlar getməli olduqları yerə iki avtobus dəyişirlər. Bu isə ikiqat əlavə xərcə səbəb olur”.
Geri dön